ABŞ-da gübrə zavodunda partlayış olub

ABŞ-da gübrə zavodunda partlayış olub

ABŞ-ın Şimali Karolina ştatında gübrə fabrikində baş verən partlayışdan sonra fabrik alovlara bürünüb. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərində gübrə fabrikində baş verən partlayışdan sonra yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən gəlsə də, partlayış təhlükəsi səbəbindən yanğına müdaxilə etmək mümkün olmayıb. Nəzarət altına alına bilməyən yanğından sonra 2500 evdən təxminən 6500 nəfər təxliyə edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə