...Bu təzə müdafiə naziri Suren Papikyan da özünə toy eləməyə vaxt tapmışdı... Ermənistan Silahlı Qüvvələrinin yubileyi ərəfəsində dəm-dəsgahlı şadyanalıq eləməyi elə bil, buna deyən olmuşdu. İndi budur, toya gələn erməni hərbçilərin toyda yoluxduqları virusdan hələ də qurtula bilməyiblər. Hətta toya tək gələn bəzi hərbçilər toydan apardıqları virusla evdəki arvad-uşaqları da yoluxdurublar.
...Və bu da Ermənistan Silahlı Qüvvələri günü İrəvanda keçiriləcəyi nəzərdə tutulan hərbi parad həsrətini ermənilərin gözündə qoydu. Bəli, bəli.. bu gün bəzi ermənilərin erməni xalqının adına layiq olmayan fikirlər... guya bayram günü hərbi parada çıxarmağa əsgər tapa bilməmələri ilə bağlı dedikləri “ağ yalan”dan başqa bir şey deyil. İnanın ki, həmən gün İrəvanda hərbi parad keçirilməməsinin əsas günahkar və eyni zamanda səbəbkarı koronavirus pandemiyası oldu.
Amma, buna baxmayaraq erməni xalqı ümidsizliyə qapılmamalıdır. Çünki baş nazir Nikol Paşinyan yaxınlarda “qəhrəman erməni oğullarından” təşkil olunacaq “peşəkar erməni ordusu” yaradacağına söz verib. Doğrudur, bu iş hələ ki, yubanır. Deyilənə görə, baş nazir bunun səbəbini hakimiyyətdə təzə olması ilə əlaqələndirir. Maraqlıdır, məgər o bir azdan hakimiyyətdə olduğunun dördüncü ilini qeyd etməyəcəkmi? ...Amma, hər halda yenə də yaxşısını Nikol özü bilər...
Deməli, vaxtilə Ermənistanı regionun ən yaxşısı edəcəyinə söz verən baş nazir, bu gün Ermənistanda “peşəkar ordu” yaratmaq istəyir? Sual olunur, hansı büdcəylə? Qeyd edək ki, Ermənistan kimi kasıb, “cındırından cin hürkən” bir ölkə peşəkar ordu saxlamaq iqtidarında deyil. Deyim ki, bunu mən demirəm, dünya təcrübəsi göstərir... və təbii ki, Nikol Paşinyan da bunu bilməmiş olmaz. Belə ki, o bu gün Ermənistandan da qat-qat imkanlı dövlətlərin peşəkar ordu saxlamaq imkanında olmadığını cox gözəl bilir. Bəs, belə olan halda Nikolu belə bir açıqlama ilə çıxış etməyə vadar edən nədir?
Məsələ bundadır ki, bu gün Ermənistan durmadan borc dəliyinə doğru sürüklənir. Burada maraqlısı isə budur ki, ölkədə hamı sırf Nikolun gündəmi ilə bağlı bu “coşqunluq halla” birləşməyə məhkum edilir. Əslində baş nazirin milli erməni marağına zidd olan bu uzaqgörən şəxsi gündəliyinin erməniləri hara apardığı isə artıq heç kimə sirr deyil.
Məsələn, hazırda əksər erməni mediası ölkədə Paşinyanın qızğın pərəstişkarlarının artıq nəzərəçarpacaq dərəcədə azaldığını yazırlar.
Qeyd edilməlidir ki, bu gün böhrandan uzaqlaşmağa can atan Paşinyan hökuməti cəmiyyəti hər şeyin qaydasında olduğuna, müharibədən sonrakı həyatın da yavaş-yavaş yaxşılaşdığına inandırmaq üçün yöndəmsiz cəhdlər edir. Və Paşinyan da canla-başla guya vəzifəyə təzə gəldiyini iddia edib, sələflərindən qalan dağıntıları təmizləyir.
Amma buna baxmayaraq, ermənilər bu gün Nikolun “islahatlarını uğursuz”, gündüzlər çıraqla belə tapmayan “islahatlar” olduğunu deyirlər. Onların dediyindən belə qənaətə gəlmək olur ki, Paşinyan hökuməti ilə bağlı hökm artıq verilib.
...Məhz buna görə də, bütün bunları hiss edən hakimiyyət bu gün getdikcə daha çox antiliberal şüarla “daha çox dövlət!” şüarına meyllənir...və bu yolla da cəzalarının say və növ müxtəlifliyini artırırlar. Deyim ki, bunu da ermni mediası yazır.
...Belə görünür ki, bu gün ölkədə ictimai konsensus olmadığına görə də, Nikolun siyasi bəyanatlarının tonu da getdikcə apokaliptik xarakter alır...elə onun yaratmaq istədiyi “peşəkar ordu” da bu qəbildəndir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB