İndiyədək İtaliyada 11 milyondan çox insan koronavirusa yoluxub

İndiyədək İtaliyada 11 milyondan çox insan koronavirusa yoluxub

İtaliyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb.

SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 133 min 142 nəfər artaraq ümumilikdə 11 milyon 116 min 422-yə yüksəlib. Koronavirus qurbanlarının sayı isə 427 nəfər artaraq 146 min 925-ə çatıb.

Ötən 24 saatda 1 milyon 246 min 987 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 2 milyon 476 min 514, reanimasiya şöbəsində olan xəstələrin sayı 1549 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə