Belçikada "Hello Türkiyə" kampaniyası başlayıb

Belçikada "Hello Türkiyə" kampaniyası başlayıb

Belçika mediası Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən başlanan "Hello Türkiyə" kampaniyasına geniş yer verir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Belçikanın milli kanallarından olan RTBF sosial media hesabından etdiyi paylaşmada ölkənin milli və beynəlxalq adının "Türkiyə" olaraq istifadəsinə yönəlik kampaniyanı tanıdır.

Türkiyə bayrağı və İstanbuldan maraqlı görüntülərlə işıqlandırılan paylaşmanın altına dəstək mesajları yazılır.

Paylaşmada "Turkey" sözünün beynəlxalq istifadəsinin "Türkiyə" olaraq dəyişdirilməsi üçün Birləşmiş Millətlər Təşkilatına çağırış səslənir.

Türkiyənin Brüsseldəki səfiri Həsən Ulusoy ad dəyişikliyi tələbinin səbəblərini belə izah edib: “Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun 13 yanvarda ölkənin milli və beynəlxalq adının "Türkiyə" olaraq istifadəsini beynəlxalq aləmdə daha təsirli şəkildə eşitdirmək məqsədilə başlanılan "Hello Türkiyə" kampaniyası ilə açıqlayıb. Bundan əvvəl ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ixrac məhsulları üzərində yazılmaqla ilə yanaşı, dövlət, beynəlxalq təşkilat və qurumlarla yazışmalarda "Turkey" yerinə "Türkiyə" sözünün işlədilməsini 21 dekabr 2021-ci il fərmanı ilə elan edib. O gündən etibarən bu istiqamətdə işlər davam edir və "Türkiyə" adının beynəlxalq platformalarda tanıdılması üçün bir sıra fəaliyyət icra olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə