"Qara günün dostu olaraq hər zaman Livanın yanındayıq”

Paytaxt Ankarada Prezident Aparatında Livanın Baş naziri Nəcib Mikati ilə birgə təşkil edilən ortaq mətbuat konfransında çıxış edən Ərdoğan deyib...
"Qara günün dostu olaraq hər zaman Livanın yanındayıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünən olduğu kimi, bu gün və sabah da qara günün dostu kimi Livanın yanında olmağa davam edəcəyik" dedi.

SİA xəbər verir ki, paytaxt Ankarada Prezident Aparatında Livanın Baş naziri Nəcib Mikati ilə birgə təşkil edilən ortaq mətbuat konfransında çıxış edən Ərdoğan deyib: "Livana humanitar və texniki köməklərimizi davam etdirməkdə qərarlıyıq.

N.Mikatiyə firmalarımızın Beyrut limanının yenidən inşası da daxil olmaqla, mühüm infrastruktur layihələrini də boyunlarına götürməyə hazır olduğumuzu söylədim.

Türkiyə-Livan ticarət həcmi 1,8 milyard dollar səviyyəsinə çatıb. Bu rəqəmi daha artırmaq məqsədiylə atacağımız addımları müzakirə etdik. Eləcə də qarışıq iqtisadi iclasımızı ən qısa müddətdə yola salacağıq.

Turizm sahəsində bütün əməkdaşlıqlara açığıq. Türkiyə Hava Yolları (THY) Livana daha çox xidmət göstərmək üçün Beyrut varışlı uçuşlarda endirim etdi. May ayına qədər sürəcək bənzər kampaniya üçün THY yenə çalışır."

Livanın Baş naziri Nəcib Mikati də öz növbəsindəki çıxışında Türkiyənin hər vaxt ölkəsinin yanında olduğunu söyləyərək deyib: "Siyasi, iqtisadi, turizm və bütün sahələrdə möhkəm addımlar atacağıq. Ticarət əməkdaşlığımız artmaqdadır. Görüşlərdə bir sıra ortaq işlər, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Türkiyə Qərb və Şərq arasında böyük bir körpüdür. Əlaqələrimiz həmişə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə