Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib

Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 85 TIR humanitar yardım göndərib.

SİA xəbər verir ki, yardımları daşıyan 85 TIR Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsindəki Cilvegöz sərhəd-keçid məntəqəsindən keçib.

Humanitar yardım bağlamalarının İdlib və yaxın ərazilərdəki ehtiyacı olanlara paylanacağı bildirilib.

Qeyd edәk ki, Birlәşmiş Millәtlәr Tәşkilatı keçәn ay bölgәyә 510 TIR humanitar yardım çatdırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə