Rusiyaya qarşı sanksiyalar qəbuledilməz adlandırılıb MACARISTANIN BAŞ NAZİRİ TƏRƏFİNDƏN
Rusiyaya qarşı sanksiyalar qəbuledilməzdir, onlarla öz məqsədlərə çatılmır. SİA xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Rusiya iqtisadiyyatı, məruz qaldığı sanksiyalar qarşısında çox yaxşı tab gətirdi. Rəqəmlərə baxsanız, görərsiniz ki, Rusiya iqtisadiyyatı Qərbdə düşünüldüyündən qat-qat güclüdür", deyə Orban bildirib.
"Yeri gəlmişkən, Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasəti Macarıstana Rusiyadan qat-qat çox ziyan vurub. Sanksiya siyasəti son nəticədə məqsəd kimi ona aid ediləndən daha çox əks effekt verir. Sanksiyalar elə vasitələrdir ki, açıq-aydın məhvə məhkumdur. Mən bunu nə Rusiyaya, nə də başqa ölkəyə münasibətdə məqbul hesab etmirəm”, deyə Macarıstanın baş naziri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB