Cozef Bayden: ‘‘Qәtәr yaxşı dost vә etibarlı tәrәfdaşdır’’

Cozef Bayden: ‘‘Qәtәr yaxşı dost vә etibarlı tәrәfdaşdır’’

Amerika Birləşmiş Ştatların prezidenti Co Bayden Qətərә ‘‘NATO-ya üzv olmayan әhәmiyyәtli müttәfiq’’ statusu verilmәsi üçün Konqresi mәlumatlandırdığını söylәyib.

Cozef Bayden Qətər Әmiri Şeyx Təmim bin Hamed Әl Sani ilə keçirdiyi ikitərəfli görüşdən əvvəl jurnalistlərə açıqlama verib.

Cozef Bayden Doha rəhbərliyinin 10 min əfqana ev sahibliyi etdiyini, Qəzza və Fələstin məsələlərində mühüm rol oynadığını bildirib.

‘‘Qatar Airways’’ aviaşirkәti ilә təyyarə istehsalçısı ‘‘Boeing’’ arasında bağlanan 20 milyard dollarlıq müqaviləni də alqışladıqlarını ifadə edən Bayden, bunun ‘‘Boeing’’in ən böyük müqavilәlәrindәn biri olduğunu vurğulayıb.

"Qətər yaxşı dost və etibarlı tərəfdaşdır. Mən Konqresi Qətəri "NATO-ya üzv olmayan әhәmiyyәtli müttəfiq" kimi tanımaq planı barədə məlumatlandırdım. Bu, bizim əlaqələrimizin nə qədər vacib olduğunun sübutudur’’,-deyә Co Bayden qeyd edib.

Amerika Birlәşmiş Ştatlarının bu günәdәk ‘‘NATO-ya üzv olmayan әhәmiyyәtli müttәfiq’’ olaraq tanıdığı 18 ölkә var.

Qeyd edәk ki, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan da 1987-ci ildә Avstraliya, Misir, İsrail, Yaponiya və Cənubi Koreyanı bu kateqoriyaya daxil etmişdi.

Bəhreyn və Küveyt dә Corc Buş tәrәfindәn bu kateqoriyaya daxil edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə