İtaliyanın Baş naziri Mario Draqi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, M.Draqi ilə V.Putin Ukrayna böhranı kontekstindəki son hadisələri və iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.
Mario Draqi böhranın daha da dərinləşməsi ilə ortaya çıxa biləcək ciddi nəticələr fonunda gərginliyi azaltmağa çalışmağın vacibliyini vurğulayıb.
Həmçinin iki lider böhranın davamlı və uzunmüddətli həlli, eləcə də etimad mühitinin yaradılması üçün birgə səyləri razılaşdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB