Rusiyaya təhdid yaratmaqla, Ukrayna bu təhdidi özünə yaradır PUTİN BƏYAN EDİB

Rusiyaya təhdid yaratmaqla, Ukrayna bu təhdidi özünə yaradır PUTİN BƏYAN EDİB

Ukrayna Rusiyaya təhdid yaratmaqla, bu təhdidləri ilk növbədə özü üçün yaradır. SİA xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya-Macarıstan danışıqlarından sonra keçirilən mətbuat konfransı zamanı deyib.

“İndi Minsk razılaşmalarının icrası ilə bağlı deyirəm. Bir tərəfdən Ukraynanın buna əməl etmək istədiyi barədə bəyanatlar eşidirik, hansıki, onlar bizi daim Minsk razılaşmalarına əməl etməməkdə günahlandırırlar, eyni zamanda, ictimai bəyanatlar da var ki, əgər Ukrayna bu razılaşmaları yerinə yetirirsə, dağılacaq. Heç kim düşünmür ki, Rusiya üçün Ukrayna belə təhlükələr yaratsa, özü üçün də oxşar təhlükələr yaradır. Bütün bunların çox diqqətlə nəzərdən keçirilməsini və bir-birinin maraqlarının nəzərə alınmasını tələb edən məsələlərdir”, deyə Putin bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə