Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı xəcalət çəkib. SİA xəbər verir ki, yayımlanan görüntülərdə Consonun əlində sənədlər olan qovluqları tutaraq maşından necə düşdüyü və onu qırmızı xalçada qarşılayan Ukrayna prezidentinin yanına necə qaçdığı əks olunub.
Siyasətçilərin bir-birini salamladığı və bir-iki cümlə mübadiləsi apardığı zaman Böyük Britaniya baş nazirinin köməkçisinin bütün meydanı qaçaraq keçməsi protokol çəkilişlərinə düşüb. Əməkdaş sözün əsl mənasında hökumət başçısının əlindən sənədləri qoparıb, hansıki o buna təəccüblə reaksiya verib, lakin Zelenski ilə danışıqları davam edib.
Xatırladaq ki, Cohnson çərşənbə axşamı Ukraynaya xarici işlər naziri Liz Trassın müşayiəti ilə səfər etməli idi, lakin nazir səfər ərəfəsində koronavirusa yoluxub və özünü təcrid edib. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, səfər Kiyevə “dəstək nümayişi” olmalı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB