“...Dağlıq Qarabağda 44 günlük müharibə zamanı möcüzəvi şəkildə çıxarılaraq xilas edilən Şuşa Xalça Muzeyinin kolleksiya nümunələri İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzeyində nümayiş etdirilir. Amma İrəvana gətirə bilmədiyimiz nadir eksponatların bəzisinin taleyi isə hələ də məlum deyil”.
Qeyd edək ki, bu sözləri ötən gün multimedia mətbuat mərkəzində xalça kolleksiyasının sahibi Vardan Astsatryan bildirib. Özü də çaşıb eləmədən. Amma belə görünür ki, Azərbaycan Ordusunun qədim Azərbaycan mədəniyyət mərkəzi-Şuşanın geri alması ermənilər üçün də “düşərli olub”. Belə ki, artıq bu gün ermənilər adətlərinə sadiq qalaraq, oğurluq da olsa belə, hər halda özlərinin “xalça muzeyi”ni “yaradıblar”.
Yəqin ki, bu sahə ilə maraqlananlar xatırlamış olarlar. Belə ki, bir müddət bundan əvvəl erməni etnoqraf Asmik Poqosyan guya “xalçaçılığın vətəni” olan Ermənistanda bir dənə də olsa xalça muzeyinin olmamasının səbəbini bilirsiniz nə ilə əlaqələndirmişdi? ...Ermənilərin “toxuduqları xalçaların” azərbaycanlılar tərəfindən “ağına-bozuna” baxmadan belə satın almalarıyla. Yəni, doğrudanmı, bu belədir? Bəs onda erməni Sarkis Saturyanın dediklərini hara yazaq? Axı o həmişə erməni xalqını “döyüşkən”, azərbaycanlıları isə “torqovets”, yəni alverçi kimi təqdim etməyi “sevirdi”.
Təbii ki, ermənilərin hansı “döyüşkənliyə” qadir olduqları 44 gün ərzində məlum oldu. Amma, sən demə, onların “torqovets”liyi də elə “döyüşkənlikləri” kimi saxta imiş. Əgər, saxta olmasaydı, Vardan Astsatryan demiş, “toxuduqları” nadir xalça nümunələrini, dediyim kimi, “ağına-bozuna baxmadan” azərbaycanlılara satmazdılar.
Təbii ki, bütün bunlar, bizim artıq öyrəncəli olduğumuz erməni yalanından başqa bir şey deyil. Çünki, bu gün təkçə bizim yerli tədqiqatçılarla yanaşı, həm də xarici tədqiqatçılar da ermənilərin xalçaçılıqla heç bir əlaqəsi olmayan bir xalq olduqlarını bildirirlər. Məsələn, bu sahə ilə məşğul olan amerikalı incəsənət tədqiqatçısı Artur Pop bir müddət bundan əvvəl nəşr elətdirdiyi “Ermənilərin əjdahalı xalçalar haqqında əfsanələri” adlı tədqiqat əsərində əjdahalı xalçaların ermənilərə məxsus olmadığını sübut edib. Popun fikrincə, Ermənistan ərazisində ermənilərin nə vaxtsa xalçaçılıqla məşğul olmaqlarını sübüt edən heç bir yazılı nə mənbə, nə də ki, yerli ənənə olmayıb.
...Kimə deyəsən? Ermənilər buna da “əsas” tapıblar...sən demə, ötən əsrin əvvəllərində Türkiyədə ermənilərdən “müsadirə olunan” xalçalar sonradan auksion yolu elə azərbaycanlılara satılıb ki,..və bu xalçalar da indi Azərbaycan və ya türk xalçası kimi təqdim olunur.
Amma... yaxşısı budur, yenə də rəsmi mənbələrə istinad edək: “...Azərbaycan xalçasının simvolları - medalyonların içərisində səkkizguşəli ulduz, bərabərbucaqlı xaç, "üç dünya" sxemi - dünyanın türk-şaman mənzərəsi, "arzular ağacı" arxetipi, svastika, S şəkilli elementlərdən ibarətədir.
Mütəxəssislərin fikrincə, bu simvollar yalnız qədim türk inancının qorunub saxlanıldığı Türk-Azərbaycan mühitində yarana bilərdi”.
Amma, lakin...yenə də kimə deyəsən?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB