Xatırlayıram ki, hələ 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Əfqanıstanla bağlı yayımladığı hesabatında hələ o dövrdə də bu ölkədə şiddət səbəbiylə hər gün 9 uşağın həyatını itirdiyinə və ya şikəst olduğuna diqqət çəkmişdi.
Görən, nədir bu məsumların günahı? Əfqanıstanda doğulmaqlarımı? Siz, bu şəkildəki məsum uşaqların baxışlarına diqqət yetirin... Elə bil dünyanın bütün dərd- azarı bu binavaların simasında cəmlənib. Əslində buna, sadəcə olaraq baxmaq yetər. Bu cocuqların simasındakı küskünlük sanki onların sabaha inamsızlığımdan xəbər verir...
Amma, nə qədər üzücü olsa da, etiraf edilməlidir ki, hazırda əfqan uşaqlarının simalarında cəmlənən bu ağrı-acının nə vaxtsa sonunclanacağına hələ ki, təminat verən yoxdur. Məsələn, ötən gün “Uşaqları xilas edin” (Save the Children) təşkilatı keçən ilin təkcə bir - dekabr ayında 135 əfqanıstanlı uşağın müxtəlif xəstəlik və ya qeyri-kafi qidalanmadan həyatlarını itirdiyi barədə xəbər yayıb.
Heç bir xarici,.. lap elə “demokratiya mücəssəməsi” olan ABŞ dövləti belə Əfqanıstana qədəm qoyduğu ilk gündən, təbii ki, öz ölkəsinin şəxsi mənafeyini düşünüb. Əslində, onların Əfqanıstanda “demokratiya bərqərar edəcəkləri barədə” sərgilədikləri şüarlar utopiyadan başqa bir şey olmayıb.
Budur, reallıq göz önündədir. Belə ki, hazırda ölkənin çətin günündə xarici dövlətlərin Əfqanıstana maddi varlıqlarının dondurub bu ölkəyə köməklik göstərməmələri ilk olaraq, əfqanıstanlı uşaqlar üçün ölümcül nəticələrə gətirib-çıxarmaqdadır. Bu gün, "...Əfqanıstanda bir çox tibbi mərkəz, xüsusilə bərbad xəstəxanalardakı tibbi personalların maaşları verilmir. Buna görə xəstəxanalar və apteklər boşdur". Deyim ki, bu Əfqanıstandan verilən rəsmi xəbərdir.
Yeri gəlmişkən xatırladaq ki, 2021-ci ilin avqust ayında “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Dünya Bankı, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və Beynəlxalq İnkişaf Agentliyi tərəfindən bu ölkəyə nə maliyyə, nə də beynəlxalq yardımlar verilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB