BMT-də “Taliban” yaraqlılarının Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra 2021-ci ilin avqustundan bu günə kimi 100-dən çox əfqan əsgər və məmurunu öldürməsinə dair etibarlı sübutlar var.
SİA xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin təşkilatın Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda deyilir.
Sənəddə qeyd olunur ki, ötən il avqustun 15-dən BMT keçmiş rejimin tərəfdarlarına, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və beynəlxalq hərbi kontingentlə əməkdaşlıq etmiş şəxslərə qarşı qətllər, oğurluqlar və digər qanun pozuntuları ilə bağlı etibarlı məlumatlar alıb.
Sənəddə “Vilayəti Xorasan” (İŞİD terror təşkilatının Kabildəki qolu) terror təşkilatına mənsub olmaqda şübhəli bilinən azı 50 nəfərin məhkəməsiz edam edilməsindən bəhs olunur.
Qeyd olunur ki, “Taliban”ın ümumi amnistiya elan etməsinə baxmayaraq, qurbanların üçdə ikisindən çoxu məhkəməsiz edam olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB