Rusiyada neft-qaz quyusunda yanğın baş verib...

...4 nəfər xəsarət alıb
Rusiyada neft-qaz quyusunda yanğın baş verib...

Rusiyanən Xantı-Mansiysk Muxtar Dairəsinin Surqut rayonundakı Tortasinskoye neft-qaz yatağında quyuda yanğın baş verib.

SİA xəbər verir ki, nəticədə 4 nəfər 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıblar.

Yanğına səbəb qaz sızması olub. İlkin versiyaya görə, hadisə perforatorun quyuya enməsi zamanı baş verib və nəticədə qaz-hava qarışığı alovlanıb. Bundan sonra quyuların təmiri üçün qaldırıcı mexanizm və sementləmə qurğusu yanıb.

Hazırda yanğın söndürülüb.

Quyu hazırda bağlıdır, hər hansı neft və qaz sızması müşahidə olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə