Türkiyədə qarlı hava səbəbindən sərnişin avtobusu aşdı...

...xeyli sayda yaralı var
Türkiyədə qarlı hava səbəbindən sərnişin avtobusu aşdı...

Türkiyənin Karadeniz vilayətində qarlı hava səbəbindən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rizedən Konyaya gedən sərnişin avtobusu Tokat-Turhal avtomobil yolunun Söngüt yaşayış məntəqəsi yaxınlığında aşıb.

Nəticədə 23 nəfər yaralanıb. Onlar hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıb.

Qeyd edilir ki, qəzaya güclü qar və yolların buz bağlaması səbəb olub. Sürücü əlverişsiz hava şəraitində idarəetməni itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə