Lavrovla Blinken arasında telefon danışığı olacaq

Lavrovla Blinken arasında telefon danışığı olacaq

Bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olacaq.

SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, tərəflər arasında təkbətək görüş hələ planlaşdırılmayıb.

Lavrov və Blinken sonuncu dəfə yanvarın 21-də Ukrayna ilə bağlı gərginliyə görə İsveçrənin Cenevrə şəhərində görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə