Serbiyanın paytaxtı Belqradda yüzlərlə insan havanın çirklənməsinə etiraz edib.
SİA xəbər verir ki, aksiya “Eko Straza” ətraf mühit təşkilatı tərəfindən təşkil olunub.
Nümayişçilər Serbiya hökumətinin ölkədə havanın çirklənməsi probleminə lazımi reaksiya vermədiyini iddia ediblər.
Aksiya iştirakçıları havanın necə və hansı şəhərlərdə daha çox çirkləndiyi barədə məlumatların mütəmadi təhlilini və bunun açıqlanmasını istəyiblər.
Nümayişçilər 72 saat ərzində cavab almadıqları təqdirdə aksiyaları davam etdirəcəklərini açıqlayıblar.
Qeyd edək ki, şəhərin yaxınlığındakı istilik elektrik stansiyalarının təsiri ilə Belqrad qış mövsümündə havanın ən çox çirkləndiyi paytaxtlar sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB