“İnanıram ki, başqaları da “İbrahim müqaviləsi”nə qatılacaq"

Rəsmi Təl-Əviv ilə Abu Dabi arasında varılan normallaşma sazişindən sonra BƏƏ-nə gedən ilk İsrail prezidenti bu ölkədəki görüşləri çərçivəsində “Expo 2020 Dübay” sərgisində də iştirak və çıxış edərək deyib...
“İnanıram ki, başqaları da “İbrahim müqaviləsi”nə qatılacaq"

İsrail prezidenti İsaak Hersoq (İsaac Herzog) ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı ticarət həcminin 1 milyard dolları keçdiyini bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Rəsmi Təl-Əviv ilə Abu Dabi arasında varılan normallaşma sazişindən sonra BƏƏ-nə gedən ilk İsrail prezidenti bu ölkədəki görüşləri çərçivəsində “Expo 2020 Dübay” sərgisində də iştirak edib. Burada etdiyi çıxışında İsaak Hersoq deyib: “Təl-Əvivdə Birləşmiş Ərəb Əmirlikləri Səfirliyini açma qüruruna sahib olduq.

İsrailin ortaq bir gələcək görüntüsünə verdiyi töhfəyə görə fəxr edirəm.

BƏƏ ilə İsrail arasında son vaxtlar varılan ticarət müqavilələrinin həcmi “Əlaqələrin normallaşdırılmasına dair saziş”dən az sonra artıb və bu günəcən 1 milyard dolları keçib.

İsraillilər və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları birlikdə təhsil alır və bir-birlərinin mədəniyyətlərini, dillərini öyrənirlər. 250 min israilli BƏƏ-nə gedib. “Covid-19”dan sonra İsrailə səyahət edəcək çox sayda BƏƏ-li gözləyirik.

Ümid edirəm və inanıram ki, get-gedə başqaları da BƏƏ-nin liderliyini izləyərək “İbrahim müqaviləsi”nə qatılacaq."

Xatırladaq ki, İsrail ilə BƏƏ 15 sentyabr 2020-ci ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evdə təşkil edilən mərasimlə “Əlaqələri normallaşdırma sazişi” imzalayıb. Bundan sonra İsrailin Baş naziri Naftali Bennett 13 dekabr 2021-ci ildə Abu Dabiyə ilk rəsmi səfər reallaşdıraraq vəliəhd şahzadə Məhəmməd ibn Zayid əl-Nəhyanla bir araya gəlib. Onun dəvəti ilə yanvarın 30-da Abu Dabiyə gedən İsaak Hersoq da Birləşmiş Ərəb Əmirliklərinə gedən ilk İsrail prezidenti sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə