DEAŞ-ın Kərkükdə hücumu nəticəsində iki polis ölüb

İraqın Kərkük şəhərində terror təşkilatı DEAŞ-ın federal polis qüvvələrinə qarşı həyata keçirdiyi hücum nəticəsində 2 polis əməkdaşı həlak olub.
DEAŞ-ın Kərkükdə hücumu nəticəsində iki polis ölüb

İraqın Kərkük şəhərində terror təşkilatı DEAŞ-ın federal polis qüvvələrinə qarşı həyata keçirdiyi hücum nəticəsində 2 polis əməkdaşı həlak olub.

SİA xəbər verir ki, Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri şəhərin cənubundakı Ər-Riyad qəsəbəsi yaxınlığında İraq federal polisinə məxsus müşahidə məntəqəsinə silahlı hücumun təşkil edildiyini bildirib.

Ə.Nuri hücumun terror təşkilatı DEAŞ tərəfindən Əhməd ət-Təyyar kəndi yaxınlığındakı müşahidə məntəqəsində həyata keçirildiyini, yüngül silahların atıldığı hücum nəticəsində 2 polisin öldüyünü, 1 polisin isə ağır yaralandığını bildirib.

Hücumdan sonra təhqiqat başladıldığını qeyd edən Nuri yaxın zamanda bölgədə əməliyyata başlanılacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə