Rusiya şirkətlərinin aktivləri dondurula bilər BRİTANİYA XİN BƏYAN EDİB

Rusiya şirkətlərinin aktivləri dondurula bilər BRİTANİYA XİN BƏYAN EDİB

Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi rus şirkətlərinin aktivlərinin dondurulması imkanını nəzərdə tutur. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib.

"Biz təmin edəcəyik ki, Kremlin sabitliyi pozan hərəkətlərinə görə məsuliyyəti bölüşənlər ağır bədəl ödəsinlər. Onların Böyük Britaniyadakı aktivləri dondurulacaq, Britaniya şirkətləri və şəxsləri onlarla əməliyyat apara bilməyəcək, Böyük Britaniyaya daxil olmaq istəsələr, onlar rədd ediləcək”, deyə Liz Trass sənədi parlamentə təqdim edərkən bildirib.

Onun sözlərinə görə, qanun layihəsi fevralın 10-dək qəbul edilməlidir.

Qeyd edək ki, bir gün əvvəl Britaniya diplomatiyasının rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət gərginləşərsə, Moskvaya qarşı sanksiyaların gücləndirilməsi çərçivəsində rus oliqarxlarının Londondakı əmlakının müsadirə olunmasını istisna etmir.

Xatırladaq ki, Kreml də qeyd edib ki, bir çox rus şirkətləri Britaniya müəssisələrində strateji tərəfdaş, səhmdar və müştərək investor kimi çıxış edir, ona görə də Londonun belə bir addımı özünə zərər verə bilər. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da vurğuladığı kimi, Trassın elan etdiyi məhdudiyyətlər cavabsız qalmayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə