Gürcüstanda kömür mədənində partlayış olub

Gürcüstanda kömür mədənində partlayış olub

Gürcüstanın Tkibuli şəhərində kömür mədənində baş verən partlayışda 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

SİA xəbər verir ki, Tkibulidəki Mindeli mədənində baş verən partlayışda yaralanan şaxtaçılar paytaxt Tbilisidəki Yanıq klinikasına aparılıb. Tbilisi Yanıq Mərkəzinin direktoru Quqa Kibaşidze yaralıların vəziyyətinə dair açıqlamasında: “8 şaxtaçıSəhər tezdən kliniökaya cəlb olunub. Onlar metan qazının partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Yaralılardan 3-ü reanimasiya şöbəsinə yerləşdirilib, birinin də vəziyyəti ağırdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə