Məşhur müğənninin konsertlərinin ləğv olunma səbəbi MƏLUM OLDU

Məşhur müğənninin konsertlərinin ləğv olunma səbəbi MƏLUM OLDU

Məşhur müğənni Adel Las-Veqasdakı çıxışlarını ailə problemləri ilə bağlı ləğv edib. SİA xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Bildirilib ki, müğənninin Riçi Pol ilə evliliyində çətin günlər yaşanır.

Adel özü isə şounun zəif hazırlandığından konsertlərin baş tutmadığını bildirib.

O, burada şou-dizayner Esmeralda Devlinlə arasındakı fikir ayrılığının mühüm rol oynadığını qeyd edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə