Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri, ölkə başçısı R.T.Ərdoğan partiyanın Trabzon Rayon Məşvərət Məclisi iclasındakı çıxışında deyib...
“Trabzon ayağa qalxsa...”

Prezident Rəcəb Tayyib Ərdoğan "Türkiyəni tarixinin ən böyük sərmayə hücumlarıyla görüşdürməyə davam edirik" dedi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri, ölkə başçısı R.T.Ərdoğan partiyanın Trabzon Rayon Məşvərət Məclisi iclasındakı çıxışında deyib: "225 milyard dolları keçən rekord ixracat rəqəmini Türkiyənin yeni tip koronavirus (Covid-19) epidemiya dövründəki müvəffəqiyyətinin bir nişanı olaraq qiymətləndiririk. İxracatdakı bu uğurumuzu bir üst mərhələyə aparacağıq.”

Ərdoğan Trabzonda bundan daha əvvəl iştirak etdiyi bir açılış mərasimində isə bunları söyləyib: "Qara dənizin lokomotiv şəhəri Trabzon ayağa qalxsa, bütün Türkiyə ayağa qalxar. Trabzon getsə, bütün Türkiyə gedər. Trabzon böyüyüb inkişaf etsə, bütün Türkiyə inkişaf edər.

10 il əvvəl millətimizə 2023 hədəflərimizi açıqladıq. Ölkəmizə necə böyük əsər və xidmətlər qazandırdıq. 2053-cü il görüntümüzü də gündəmə gətirdik. Millətimizə verdiyimiz sözləri yerinə yetirdikcə hər zirvəni özümüz qazanmış olduq.

Biz səhiyyə infrastrukturumuzu şəhər xəstəxanalarıyla inkişaf etmiş ölkələrdən daha qabağa apardıq. Ölkəmizi yollarla, havalimanları ilə təchiz etdik."

Bütün xəbərlər Facebook səhifəmizdə