Portuqaliyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, ölkə vətəndaşları Respublika Assambleyasının (birpalatalı parlament) 230 deputatını seçiblər.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 19:00-dək (Moskva vaxtı ilə 23:00) işləyib.
İlkin nəticələrin gecə saatlarında açıqlanacağı gözlənilir.
Son rəy sorğuları göstərir ki, seçkilərdə lider mövcud deyil. Əsas rəqiblər Sosial Demokrat Partiyası və Baş nazir Antonio Kostanın Sosialist Partiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB