Ölkənin hakim partiyası prezidentliyə yeni namizəd irəli sürüb
Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası öz qərarında dəyişiklik edib.
SİA-nın “Hraparak” qəzetinə istinadla xəbərinə görə, ölkə prezidentliyinə yüksək texnologiya sənayesi naziri Vaahn Xaçaturyanın namizədliyi irəli sürülüb.
“Armlur.am” saytının xəbərinə görə, bir müddət əvvəl dövlət başçısı postuna Baş nazirliyin administrasiyasının rəhbəri Araik Arutunyanın namizədliyi təklif olunmuşdu. Onun namizədliyi Ermənistan cəmiyyətində ciddi narazılıq doğurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB