Hökumətin istefasını tələb ediblər COVİD-MƏHDUDİYYƏTLƏRİ ƏLEYHDARLARI
Minlərlə nümayişçi ilin əvvəlindən bəri üçüncü dəfə bazar günü Brüssel küçələrinə çıxıb, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə bir daha etiraz edib, həmçinin hökumətin istefasını tələb ediblər. SİA xəbər verir ki, bu barədə RİA Novosti yerli müxbirin informasiyasına əsasən məlumat yayıb.
İnformasiyaya görə, aksiya zamanı təşkilatçılar liberal Aleksandr de Kroonun hazırkı koalisiya hökumətinin buraxılması proseduruna başlamaq üçün Belçika Nümayəndələr Palatasına (Parlament) müraciət etmək üçün imza toplayırlar.
Qeyd olunur ki, əsas tələblər hələ də koronavirus sertifikatının ləğvini ehtiva edir, onsuz restoranlara, kinoteatrlara, idman zallarına getmək mümkün deyil. Bundan əlavə, etirazçılar Belçikada tibb işçiləri üçün tətbiq edilməsi planlaşdırılan məcburi peyvəndin əleyhinədirlər.
Diqqətə çatdıraq ki, bir həftə əvvəl Brüsseldə keçirilən analoji aksiyada 50 mindən çox insan iştirak edib. Əvvəlcə dinc mitinq nümayişçilərlə polis arasında toqquşmaya çevrilib, bir neçə nümayişçi və polis xəstəxanalara aparılıb. Aksiya nəticəsində üçü azyaşlı olmaqla 11 nəfər həbs edilib.
Xatırladaq ki, Belçika cümə günü bəzi koronavirus məhdudiyyətlərini yüngülləşdirib və ölkədə epidemioloji vəziyyəti qiymətləndirmək üçün yeni mexanizm - barometr tətbiq edilib. Kütləvi qapalı tədbirlərə yenidən icazə verilir, boulinq mərkəzləri, bilyard otaqları, kazinolar açılır. İstisna hələ də qadağan edilən diskotekalardır. Qapalı məkanda 50, açıq havada isə 100 nəfərdən çox insanın iştirak etdiyi tədbirlərdə koronavirus sertifikatlarını yoxlamaq lazım gələcək. Bununla belə, qapalı yerlərdə maskalar məcburi olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB