Efiopiyada Tıqray üsyançıları federal hakimiyyət orqanları ilə danışıqlara başlayıblar.
SİA xəbər verir ki, bu barədə “Somali Guardian” nəşri məlumat yayıb.
Üsyançıların təklif etdiyi şərtlər arasında döyüş əməliyyatlarının dayandırılması, Amhara dövlətinin xüsusi təyinatlı qüvvələrinin və Eritreya hərbçilərinin Tıqray ərazisindən çıxarılması, humanitar blokadanın götürülməsi var. Eyni zamanda, lazım gələrsə, Tıqray qüvvələrinin dövlətin sakinlərini qorumaq üçün yenidən hərbi əməliyyatlara başlayacağını bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB