Koronavirusdan ölənlərin sayı 330 728 nəfərə çatıb - RUSİYADA

Koronavirusdan ölənlərin sayı 330 728 nəfərə çatıb - RUSİYADA

Rusiyada son sutka ərzində daha 121 228 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. SİA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 11 737 007 nəfərə çatıb.

Son sutka ərzində 617 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 330 728 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə