Həbsxanaya hücum nəticəsində 200 İŞİD üzvü həbsdən qaçıb

Həbsxanaya hücum nəticəsində 200 İŞİD üzvü həbsdən qaçıb

Suriyanın şimal-şərqindəki Əl-Həsəkə qəsəbəsində həbsxanaya edilən hücum nəticəsində 200-ə yaxın İŞİD üzvü zindandan qaçıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Verilən ilkin məlumata əsasən, terrorçuların hazırladığı əməliyyatın əsas məqsədi cəza çəkən İŞİD liderlərinin, həmçinin bomba istehsalı kimi xüsusi bacarıqlara malik terrorçuların azad edilməsi olub.

Hücum nəticəsində həbsxana nəzarətçiləri arasında xəsarət alanların olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə