Meksikada yol qəzası nəticəsində azı 12 nəfər ölüb

Meksikada yol qəzası nəticəsində azı 12 nəfər ölüb

Meksikanın Xalisko ştatında sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Xalisko Mülki Müdafiə və Yanğından Mühafizə Departamenti Twitter-də bildirib ki, avtomobil turist heyətini daşıyırmış və Laqos de Moreno bələdiyyəsi ərazisində Leon-Aquascalientes magistralının 35-ci kilometrliyində aşıb.

Dövlət Mülki Müdafiə İdarəsinin regional komandiri Neftali Quillen bildirib ki, qəza nəticəsində 8 kişi və 4 qadın həlak olub, onlardan ikisi azyaşlı olub.

Bildirilir ki, Xalisko ştatı Meksikada yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayına görə üçüncü ərazi vahididir. Keçən il ştatda yol-nəqliyyat hadisələri nəticəsində 1015 ölüm hadisəsi qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə