Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi atıb

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi atıb

Şimali Koreya bazar günü Yapon dənizi istiqamətində naməlum mərmi atıb.

SİA xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya ordusunun Birləşmiş Qərargah Rəisləri komitəsi yayıb.

Qeyd edək ki, bu artıq KXDR-in bu il həyata keçirdiyi yeddinci buraxılışdır.

Yaponiya Sahil Mühafizəsi də ehtimal olunan ballistik raket buraxılışı ilə bağlı məlumatı təsdiqləyib. Agentlik ərazidəki balıqçı qayıqlarına raket qalıqlarının düşmə riski barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə