Avropanın ən yaxşı destinasiyalarından biri... İstanbul

Avropanın ən yaxşı destinasiyalarından biri... İstanbul

Avropa İttifaqı (Aİ) Komissiyasının turizm şəbəkəsi EDEN İstanbulu Avropanın ən yaxşı destinasiyalarından biri kimi təqdim edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Namizədlər arasında İstanbulla yanaşı İngiltərənin London, İtaliyanın Roma və Amalfi sahilləri, Yunanıstanın Afina və Girit, Avstriyanın Vyana və Qrats, Almaniyanın Bavariya, Hollandiyanın Nijmegen, Çexiyanın Praqa, Fransanın Amiens, İspaniyanın Marbella, Belçikanın Leuven, İsveçrənin Lucerna, Finlandiya Lathi, İrlandiyanın Clonakilty, Sloveniyanının Ljubljana və Ruminıyanın Oradea şəhərləri yer alıb.

Fevralın 10-dək səsvermə "https://www.europeanbestdestinations.com/european-best-destinations-2022" ünvanında verilə bilər.

Qalib həmin gün axşam elan olunacaq.

EDEN 2009-cu ildən Avropanın ən yaxşı turizm istiqamətlərini seçir.

Keçən il də Kapadokya siyahıya namizəd olub və qalib Portuqaliyadan olan Braqa olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə