Avropa ölkələrinin Keniyadakı səfirlikləri vәtәndaşlarına xәbәrdarlıq edib

Avropa ölkələrinin Keniyadakı səfirlikləri vәtәndaşlarına xәbәrdarlıq edib

Avropa ölkələrinin Keniyadakı səfirlikləri vətəndaşlarına mümkün terror hücumu ilә bağlı xәbәrdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, Fransa səfirliyi Qərb ölkələrinin vətəndaşlarına qarşı təhdidlərin davam etdiyini bildirərək Keniyadakı vətəndaşlarından həftə sonları da daxil olmaqla ictimai yerlərә çıxmamalarını istəyib.

İngiltərə səfirliyi vәtәndaşlarına ölkənin şərqinə, Somali-Keniya sərhədinə səyahət etməməlәri barәdә xәbәrdarlıq edib.

Hollandiya və Almaniya səfirlikləri isə vәtәndaşlarına ölkәnin şәrqinә sәfәr etmәmәlәri ilә әlaqәdar çağırış edib.

Keniya polisi isə xəbərdarlıqlardan sonra paytaxt Nayrobi daxil olmaqla bütün rayonlarda təhlükəsizlik tәdbirlәrinin güclәndirildiyini açıqlayıb.

Somalidə terrorla mübarizə əməliyyatlarına qatılan Keniya vaxtaşırı “Eş-Şəbab” terror təşkilatının hücumlarına məruz qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə