Tokayev iki dəfədən artıq prezident olmayacağını açıqlayıb

Tokayev iki dəfədən artıq prezident olmayacağını açıqlayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, o, iki dəfədən artıq dövlət başçısı olmağı planlaşdırmadığını açıqlayıb.

SİA xəbər verir ki, bu barədə Tokayev “Xəbər-24” telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, bunun üçün ölkə konstitutsiyasına dəyişiklik edilməyəcək.

Respublikanın əsas qanununa görə, Qazaxıstanda prezident beş il müddətinə seçilir, eyni şəxs ardıcıl iki dəfədən artıq dövlət başçısı ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə