Fransa Ukrayna ilə sərhədə qoşun göndərməyə hazırdır

Fransa Ukrayna ilə sərhədə qoşun göndərməyə hazırdır

Fransa lazım gələrsə, NATO missiyasının mümkün genişləndirilməsi çərçivəsində bir neçə yüz əsgərini Rumıniyaya göndərməyə hazırdır.

SİA xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələrinin rəisi Florens Parli Frans “İnter” radiosunun efirində bildirib.

“Biz NATO-nun müvafiq qərarı ilə Rumıniyada – Ukrayna ilə həmsərhəd ölkədə ordumuzu yerləşdirməyə hazırıq”, – Parli deyib.

Silahlı Qüvvələrin rəisi xatırladıb ki, o, bu məsələni müzakirə etmək üçün Buxarestə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə