Arxangelsk vilayətinin Plesetsk kəndində baş vermiş yanğın söndürülərkən beş nəfərin cəsədi tapılıb. Qurbanlardan dördü uşaqdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, yanğın 12 mənzilli taxta konstruksiyalı ikimərtəbəli evdə baş verib. 37 yaşlı qadın və onun 3-12 yaşlı dörd övladı həlak olub. Evin qalan sakinləri xəsarət almayıb.
Qeyd edək ki, yanğının ehtimal olunan səbəbi elektrik sobasının nasazlığıdır.
Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB