6,5 bal gücündə zəlzələ qeydə alınıb

Sakit Okeanın Atəş Halqasında yerləşən Kermadec adalarında baş verən zəlzələnin episentri sahildən təxminən 1000 kilometr aralıda olub. SİA xarici mətbuata istinadən bildirir ki, Yeni Zelandiyanın Kermadek adaları bölgəsində zəlzələ baş verib. Amerika Geoloji Xidməti (USGS) 6,6 olaraq açıqladığı zəlzələnin gücünü bir müddət sonra 6,5-ə qədər yeniləyib.
6,5 bal gücündə zəlzələdən sonra maqnitudası 5-dən yuxarı olan çoxlu yeraltı təkanlar qeydə alınıb. Zəlzələlərdən birinin gücü 5,8 bal olub. ABŞ sunami xəbərdarlığı sistemi isə 6,4 ballıq zəlzələnin böyük dalğalara səbəb olmayacağını açıqlayıb. Keçən il Kermadec adalarında 8,1 və 7,4 bal gücündə zəlzələlər baş verib və sunami xəbərdarlığı edilib. Çoxadalı bölgə Yeni Zelandiyanın şimalında yerləşir. Kermadek adaları Sakit Okeanı bir ucundan digərinə keçən dünyanın ən böyük su hövzəsi olan Sakit Okean Halqası fayının hər tərəfindədir. Dünyadakı 90 zəlzələnin hamısının baş verdiyi xətt olan Sakit Okean Atəş Halqası da onlarla aktiv vulkanın evidir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə