Gürcüstanda sutkalıq yoluxma 18 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 18 274 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 145 508, ölənlərin sayı isə 14 911 nəfərə çatıb. Virusa yoluxanlardan 995 328 nəfərin sağaldığı bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə