ABŞ-ın Yaponiyadakı bazası hökuməti xalqa qarşı qoyur

Yaponiyanın Okinava adasındakı ABŞ aviabazasının həddindən artıq səs-küy yaratdığından şikayət edən 35 minə yaxın sakin Yaponiya hökumətinə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edib. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiyanın Okinava adasında yerləşən ABŞ hərbi bazası sakinlərlə hökuməti bir-birinə qarşı qoyub. Kadena Hava Bazasının ətrafında yaşayan 35 minə yaxın insan, təyyarələrin həddindən artıq səs-küyə səbəb olduğuna görə bazanı ABŞ-a təmin edən Yaponiya hökumətinə qarşı iddia qaldırıb. Naha Rayon Məhkəməsinə verilən vəsatətdə gecə və səhər tezdən uçuşların dayandırılması istənilib. Səs-küyün onların həyat keyfiyyətinə mənfi təsir göstərdiyini iddia edən iddiaçılar hər sakin üçün ayda təxminən 475 dollar təzminat tələb ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə