"Müdirim işdə mənə sataşır, bədənimə toxunur"- GƏNC QIZ İFADƏ VERDİ

Antalyada 18 yaşlı E.A-qarşı cinsi istismar ittihamı ilə ittiham olunan iş adamı M.U-nun məhkəmə prosesi hər kəsi şoka salıb. Cinsi zorakılığın qurbanı olan gənc qız “onun davranışı günü-gündən dəyişirdi. İşlədiyim yerdə mənə daima sataşırdı. Anama da deyə bilmirdim” deyib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, gənc qızın anası isə təqsirləndirilən şəxsi qızını narkotikdən istifadə etməyə məcbur etməkdə ittiham edib.

“O, məni divara sıxırdı, bədənimə toxunurdu. Adamın 48 yaşı var, evlidir. Hətta atamdan da böyükdür. Məndən 2 yaş kiçik oğlu var. Hətta həyat yoldaşına da narkotika verib və onu dəli edib” deyə gənc qız bildirib.

Qeyd olunur ki, iki il əvvəl ailəsi ilə Sakaryadan Antalyaya gələn E.A ailəsinə kömək etmək üçün M.U.-yə məxsus obyektdə işə başlayıb. Həmin vaxt 17 yaşı olan E.A.-nın şikayəti əsasında 15 gün işlədiyi iş yerində özünə cinsi zorakılıq göstərdiyini və içkisinə xəbərsiz şəkildə narkotik qatdığını bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...