Molladan qadınlarla bağlı tərbiyəsiz moizə- VİDEO

İranlı mollalardan biri yenə sərsəm açıqlaması ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, moizə zamanı “kişilərdən xanımlara qan köçürülərkən bu qan qadınlarda şəhvətin yaranmasına səbəb olduğunu” deyib.

Molla daha sonra bildirib ki, bir insandan digərinə qan köçürülərkən qanın kimə məxsus olduğunu bilmirsiniz:“Bu qanlar əsasən kişilərə məxsus olur və onların hansı əxlaqi keyfiyyətlərə sahib olduqları bəlli olmur. Əsasən şəhvətpərəstlik və haram əməllərin ardınca gedirlər”.

Həmin molladan soruşmaq lazımdır ki, görəsən qan bağışlayanların şəhvətpərəst və haram əməllərə can atan insanlar olduğunu haradan bilib?

İranda vaxtaşırı belə savadsız mollalar qəribə və məntiqsiz açıqlamaları ilə insanları dindən uzaqlaşdırırlar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...