Bayden dağılmış körpünü ziyarət edib

ABŞ prezidenti Co Bayden infrastrukturu yoxlamaq üçün gəldiyi Pensilvaniya ştatında uçan körpünü ziyarət edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti infrastrukturla bağlı məsələləri müzakirə etmək üçün səfər etdiyi Pensilvaniya ştatının Pittsburq şəhərinə səfəri öncəsi körpü uçub, 10 nəfər yaralanıb. Səfəri zamanı körpünün zədələnməsini araşdıran Bayden ilk müdaxilə edənlərə təşəkkür edib, əyalət və yerli rəsmilərlə danışıb.

Bayden verdiyi açıqlamada ABŞ-da pis vəziyyətdə olan 43 mindən çox körpüyə toxunaraq bildirib: "Onların hamısını yenidən bərpa olunacaq və böyük bir dəyişiklik olacaq. Ölkə daxilində təmirə ehtiyacı olan 43,000 körpümüz var”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...