Güclü qar səbəbindən aviareyslər ləğv edilib

ABŞ-da ölkənin Şərq sahillərində güclü qara səbəb olacaq yaxınlaşan siklonla əlaqədar 5 minə yaxın aviareys ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumata əsasən, cümə günü 1,4 mindən artıq daxili və beynəlxalq aviareys ləğv edilib. Şənbə gününə ləğv edilən aviareyslərin sayı artıq 3,3 mini keçib.

Eyni zamanda məlumatlar daim yenilənir, ləğv edilən uçuşların sayının daha da çox olacağı istisna edilmir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə