Çin ölkə tarixində bir ilkə hazırlaşır

Çin 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına ölkə tarixinin ən böyük komandası ilə qatılacaq. SİA xarici mətbuata istinadən bildirir ki, Çin komandası 387 nəfərdən ibarətdir ki, onlardan 176-sı idmançıdır. 4-20 fevral tarixləri arasında Çinin paytaxtı Pekində keçiriləcək 2022 Qış Olimpiya Oyunlarına sayılı günlər qalıb. Çin Dövlət Şurasından verilən açıqlamada Çinin Qış Olimpiya Oyunlarına ölkə tarixinin ən böyük komandası ilə qatılacağı və komandanın 176-sı idmançı olmaqla 387 nəfərdən ibarət olduğu bildirilib. Komandada 87 qadın və 89 kişi idmançı və 51-i xaricdən olan 78 məşqçi, tibetlilər və uyğurlar da daxil olmaqla Çinin etnik azlıqlarından 20 idmançının olduğu açıqlanıb.

Çin idmançılarının 15 sahədə 104 yarışda mübarizə aparacağı və komandada 131 idmançının ilk olimpiya təcrübəsini yaşayacağı bildirilib.

Qeyd edək ki, komandaya Çinin Baş İdman Administrasiyasının direktoru Qou Çjonqven başçılıq edəcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə