2 yaşlı uşaq ailəsini xilas etdi

ABŞ-da COVID-19 olduğu üçün qoxunu bilməyən valideynlərinin hiss etmədiyi tüstü iyisinə oyanan 2 yaşlı Brendon bütün ailəsini xilas edib.

SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Texas ştatında Kayla və Nathan Dahl cütlüyünün 2 yaşlı oğlu Brandonun qışqırtısına oyanıblar. Tüstü iyinə oyanan Brendon “Ana, yetiş. Çox istidir” deyə kömək istəyib. Evdə yanğın başlayıb və alov ətrafı bürüməyə başlayıb, yanğın siqnalları işlə düşüb. Dəhşət içində yuxudan oyanan Dahl cütlüyü beş uşağını sağ-salamat evdən çıxara bilib. Yanğınsöndürən briqadası gələndə artıq gec idi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə