“Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək”

Britaniya Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcək.

SİA xəbər verir ki, bu barədə TASS bildirir.

“Xarici İşlər Nazirliyinin bazar ertəsi parlamentdə Böyük Britaniyanın Rusiyanın strateji və maliyyə maraqlarını hədəfə alması üçün sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcəyi gözlənilir”, – mənbə bildirib.

Söhbət yeni sanksiyaların tətbiqindən, yoxsa yalnız Ukrayna ərazisinə mümkün müdaxilə halında tətbiq oluna biləcək sanksiyalar paketinin qəbulundan getdiyini dəqiqləşdirməyib.

Bildirilib ki, Birləşmiş Krallıq Rusiyaya daha çox təzyiq göstərmək məqsədilə bazar ertəsi Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında müzakirələrə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB