ABŞ Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək

ABŞ Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək

ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə əlavə hərbi kontingentin göndərilməsinə başlamaq niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Cozef Bayden deyib.

"Yaxın gələcəkdə ABŞ qoşunlarını Şərqi Avropaya, NATO ölkələrinə göndərəcəyəm, amma onların sayı çox olmayacaq", - deyə C.Bayden bildirib.

Xatırladaq ki, bazar ertəsi Pentaqonun mətbuat katibi Con Kirbi ABŞ-ın Avropaya 8 500 hərbçi göndərməyə hazır olduğunu, lakin bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə