Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib

Avropa İttifaqı (Aİ) Rusiyanın yeni sanksiyalarından təəssüflənir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.

"Avropa İttifaqı Rusiya hakimiyyətinin Aİ-yə üzv dövlətlərin və instituların bəzi nümayəndələrinin Rusiyaya girişinə qadağa qoyulması qərarından təəssüflənir", - deyə P.Stano bildirib.

Onun sözlərinə görə, Moskvanın bu addımının heç bir hüquqi əsası yoxdur və Aİ-nin "adekvat reaksiyasına səbəb olacaq".

Xatırladaq ki, ötən gün Moskva Aİ-yə üzv dövlətlərin və intitutların Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş nümayəndələrinin siyahısını genişləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...