Türkiyə Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayır

Türkiyə Qırğızıstan və Tacikistan arasında iki ölkə sərhədində atəşkəs haqqında əldə olunan razılaşmanı alqışlayıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Ötən gecə (yanvarın 27-də) Tacikistan-Qırğızıstan sərhədində toqquşmaların dayandırılmasından məmnunuq. Atəşkəs tərəflərin nümayiş etdirdiyi sağlam düşüncə sayəsində əldə olunub.

Biz iki qardaş və dost ölkə arasındakı sərhəddə gərginliyin danışıqlar və sülh yolu ilə həllinin tərəfdarı olduğumuzu bir daha təsdiqləyirik", - deyə açıqlamada bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...